Canlı efir zamanı qonaqlardan biri olan müğənni Mənzurə Musayeva proqramı tərk edib.
Buna səbəb ifaçının özünün studiyada səsləndirdiyi canlı ifasını bəyənməməsi olub.
Aparıcı Mətanət Əliverdiyeva isə sənətçinin bu addımına belə reaksiya verib:
“Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə gətirirlər. Yeganə efir buradır ki, hamı bura rahat gəlir. Burada heç kim komandanı günahlandırmasın. Mənzurə xanım çıxıb getdi. Biz hamını gözümüz, qaşımız üstündə gəzdiririk. Bizim mikrofonda texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə, bu, nə mənim, nə redaktorun, nə də texniki heyətin günahı deyil”.//Oxu.az
Ətraflı videoda: