"Sən kimsən ki, halallıq verim?"

"İnsanlarda neçə sifət var. Utanmasan oynamağa nə var ki.. Utanmaz, xaraktersiz, minsifətli, mənim adımdan danışacaq gücə sahib ola bilməzsən. Bu cür insanlardan uzağam. Məni çox insanların yanında, çox yerdə görə bilməzsiniz. Çünki mənim bir sifətim var". 

Axşam.az xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. Aparıcı açıqlaması ilə diqqət çəkib. 

"Pulunu itirəndə heç nə itirmirsən. Sağlığını itirəndə bir şeyi itirirsən. Xarakterini itirəndə isə hər şeyi itirirsən. Pul təkrar qazanılır. Xoşqədəm Hidayıtqızıyam - hər şeyi özüm yaratdım. Heç kimi təkrarlamadım, çörəyinə bais olmadım. Halallıq vermədiklərim var. İnsanlar var ki, zəng edib halalıq almağa, cavab verməmişəm, səs atıb baxmamışam. Sən kimsən ki, sənə halallıq verim? Əziyyət çəkirəm, 13 ildir. Utanmaz insanları sevmirəm. Bir insan utanmaq hissini itiribsə, faciə onda baş verir. Adamın ar damarı çatlayar. Çoxunda yoxdur" deyə, Xoşqədəm əlavə edib. 

 

14:30 - 13 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin