Asayis.Az xəbər verir ki, stilist obyektin təmiri bitdikdən sonra yeni salonun qapılarının müştərilərin üzünə açılacağını qeyd edib.
O, əmlakı şəhərin mərkəzində - Rəşid Behbudov küçəsində aldığını açıqlayıb:
“Sizə yeni xəbərim var. Söz vermişdim ki, bu sevincimi sizinlə paylaşacağam. Gözləyirdim ki, bəzi şeylər tam yoluna düşsün, sonra sizinlə bunu bölüşüm, amma səbirsizləndim.Öyrəşmisiniz ki, mən hər şeyi ən əvvəldən sizinlə bölüşüm. Bura mənim şəxsi obyektimdir. Artıq iki salonum var. Şəhərin düz mərkəzindədir, 250 kvadratmetdən böyük obyektdir. Əminəm ki, buranı sevəcəksiniz. Rəşid Behbudov küçəsi, Milli Bankdan bir az yuxarıdadır.İnsanın şəxsi obyektinin olması çox gözəldir. Düşünürəm ki, mən artıq öz sözünü demiş insanam və kimlərəsə icarə, kirayə pulu verməyim düzgün deyil. Gərək hər şey insanın özünün olsun. Çox şükür, Allah bunu mənə nəsib elədi. Məncə, çox ağıllı bir iş görmüşəm” .