İspaniya Superkubokunun finalında “El Klasiko”: “Barsa” “Osasuna”ya qalib gəlib “Real”a rəqib oldu - VİDEO

 İspaniya Superkubokunun finalında “El Klasiko”: “Barsa” “Osasuna”ya qalib gəlib “Real”a rəqib oldu - VİDEO

İspaniya Superkubokunun yarımfinalında “Barselona” və “Osasuna” qarşılaşıb. Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda yarışıblar.

Matçın ilk hissəsi qolsuz keçib. 59-cu dəqiqədə Levandovski hesabı açıb. 90+3-cü dəqiqədə isə Yamal fərqi artırıb. Oyun “Barselona”nın inamlı qələbəsilə yekunlaşıb - 2:0.

Beləliklə də, katalon klubu İspaniya Superkubokunun finalına yüksəlib və burada daha əvvəl “Atletiko Madrid”i 5:3 hesabı ilə məğlub etmiş “Real”a rəqib olub.

16:00 - 12 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin