Lənkəranda avtomobil ağaca çırpılıb.
Asayis.az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib.
Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.