Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Bu barədə Asayis.az-a FHN-dən bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.