Kürdəmirdə yük avtomobilində yanğın olub - - VİDEO

 Kürdəmirdə yük avtomobilində yanğın olub - - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Qarasaqqallı kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Asayis.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ГАЗель” markalı yük avtomobilinin mühərrik və kabina hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

VİDEO

17:45 - 8 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin