"O Ses Türkiye"nin sevilən münsiflərindən olan müğənni Hadise ilə Murat Boz fanatlarını sevindiriblər.
Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hər iki məşhur 6 il sonra eyni səhnəyə çıxıb.
Onlar Hadisenin sevilən hiti "Nerdesin Aşkım"ı duet formasında ifa ediblər.
Hər iki sənətçi Türkiyə Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Nyu Yorkda təçkil edilən konsertdə səhnə alıblar. Bu konsert əvvəl müəyyən texniki səbəblərdən təxirə salınmışdı.
VİDEO