Bakıda yanğınsöndürən maşın qəza törədib - VİDEO -

 Bakıda yanğınsöndürən maşın qəza törədib - VİDEO -

Dünən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yanğınsöndürən avtomobil hadisə yerinə gedərkən qəza törədib.

Asayis.az xəbər verir ki,bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Dünən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus yanğınsöndürən avtomobil hadisə yerinə gedərkən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində qəfil qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaqdan yayınmaq üçün məcburən hərəkət istiqamətini dəyişib və bu zaman yoldan kənara çıxıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb".

***14:28

Paytaxtda yanğınsöndürən maşın qəza törədib.

Asayis.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, maşın yol kənarındakı reklam lövhəsini vuraraq aşırıb.

Sözügedən görüntüləri təqdim edirik: 

 

VİDEO

17:30 - 7 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin