Masazır qəsəbəsində ikinci mərtəbədən yıxılan qızın qonşusu detalları açıqladı — VİDEO

 Masazır qəsəbəsində ikinci mərtəbədən yıxılan qızın qonşusu detalları açıqladı — VİDEO

 

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında yerləşən fərdi yaşayış evlərinin birində 14 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində ikinci mərtəbədən yıxılıb.

Hadisə şahidinin sözlərinə görə, təcili tibbi yardımla əlaqə saxlasa da, köməyə gələn olmayıb:

“Uşağın vəziyyəti pis idi, ayaqları sınmışdı, qanın içində idi. Təcili yardımla əlaqə saxladım. Təəssüf ki, heç kim gəlmədi. Heç kim bizim zənglərimizə cavab vermədi. Uşaq ağrı içində idi, qan itirirdi. Ona görə də məcbur qalıb taxtanın üzərinə qoyduq, qonşuların köməyi ilə yaralını xəstəxanaya çatdırdıq”.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.
 

15:30 - 5 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin