"Mikroavtobus"la "Niva" toqquşdu: Xəsarət alanlar var - FOTO

Zaqatala yol qəzası nəticəsində xəsarət alanlar olub.

Asayis.az APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ-2121" (Niva) markalı avtomobilin toqquşması nəticəsində Muğanlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

15:30 - 4 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin