İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində xeyli ölən və yaralanalar olub.
Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ölkədə matəm elan edilib.
Xatırladaq ki, bu gün İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu ərazidəki terrorda yaralıların sayı 211-ə çatıb.
Həlak olanların sayının artacağı ehtimal edilir.
Məlumat üçün bildirək ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.