Masallıda restoranda yanğın baş verib

 Masallıda restoranda yanğın baş verib

Masallı rayonu, Qəriblər kəndində yerləşən restoranda yanğın baş verib.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Dərhal yanğınsöndürmə işləri həyata keçirilib və yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

14:20 - 2 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin