Ötən gün vətəndaşlardan 7 silah götürülüb

 Ötən gün vətəndaşlardan 7 silah götürülüb

Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat, 2 tapança, 4 tüfəng, 4 patron darağı və 63 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

14:09 - 2 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin