Bakıda 40 yaşlı kişi qətlə yetirilib

 Bakıda 40 yaşlı kişi qətlə yetirilib

Bakıda 40 yaşlı kişi qətlə yetirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

16:00 - 31 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin