Məşhur müğənnidən etiraf - “Ayağımı itirə bilərəm”

 Məşhur müğənnidən etiraf - “Ayağımı itirə bilərəm”

"Sağlamlığımla bağlı ciddi problemlər yaşayıram, ayağımı itirmə ehtimalım var”. Asayis.Az xəbər verir ki, bu sözləri jurnalistlərin suallarını cavablandıran türkiyəli müğənni Serdar Ortaç deyib.

O bildirib ki, son vaxtlar ciddi sağlıq problemləri yaşayır: “Ayaqqabılarımı tək çıxarmaqda belə çətinlik çəkirəm.Bu xəstəliyin müalicəsi yoxdur. Xəstəlik artıq daha da ciddiləşib, belə davam edərsə, təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah heç nə olmaz”.

Qeyd edək ki, 53 yaşlı müğənni uzun illərdir dağınıq skleroz (MS) ilə mübarizə aparır.

11:30 - 31 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin