Kim Çen Indan müharibə ANONSU

 Kim Çen Indan müharibə ANONSU

Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun ikinci günündə ABŞ-nin, Koreyanın “görünməmiş” intriqaları səbəbindən müharibəyə hazırlaşmaq üçün səyləri gücləndirməyə çağırıb.

Asayis.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“ABŞ və onun əlaltılarının respublikamıza qarşı misli görünməmiş intriqaları nəticəsində Koreya yarımadasında son həddə çatan ciddi hərbi-siyasi vəziyyətin dərin təhlili əsasında Xalq Ordusuna hərbi sənaye, nüvə silahı və mülki müdafiə sahələri üzrə müharibəyə hazırlığın təkmilləşdirilməsini daha da sürətləndirmək həvalə edilib”, - deyə agentliyin açıqlamasında bildirilir.

Şimali Koreya lideri, həmçinin, antiimperialist və müstəqil ölkələrlə strateji əməkdaşlıq əlaqələrini genişləndirməyi söz verib.

Qeyd olunur ki, Kim Çen In xarici siyasət və Cənubi Koreya ilə əlaqələr üzrə istiqamətləri də müəyyənləşdirib.

Dekabrın 27-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumu açılıb. Onun məqsədi bu ilin nəticələrini nəzərdən keçirmək və 2024-cü il üçün planlar hazırlamaqdır.

12:30 - 29 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin