Latviya sərxoş sürücülərə məxsus 271 ədəd avtomobili Ukraynaya hədiyyə edib. Asayis.Az xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.
Məlumata görə, fevralın 16-da Latviya Parlamenti (Saeima) sərxoş sürücülərin avtomobillərinin tutularaq Ukraynaya verilməsinə icazə verən qanun layihəsini qəbul edib.
Qanunun qüvvəyə mindiyi gündən ələ keçirilən 903 min 453 avro dəyərində 271 avtomobil Ukraynaya gətirilib, 34 avtomobilin isə yaxın vaxtlarda göndərilməsi gözlənilir.