Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Asayis.Az xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” axşam şousunda bildirib ki, Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istəyir.
“Gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa, olsun bir televiziya açılmasını istəyirəm. Məni ora sədr təyin etsinlər. Səni, Elcan Rəsulov, ora özümlə aparacağam. Ora yaşamağa gedirəm. Çünki artıq Bakıda tərpənmək mümkün deyil. Gedirəm və sizi də orada arxamca gözləyirəm. Gələrsiniz... Gedərik, orada təmiz ekoloji hava udarıq və yeməklər yeyərik. Özü də tıxacsız... Ay Allah, bu, tıxacsız mümkündürmü?”, - deyə Brilliant vurğulayıb. (Bizim.Media)