İraqda dünyasını dəyişən dilənçinin evində aparılan axtarış zamanı 400 min dollara yaxın pul tapılıb. Asayis.Az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin paytaxtı Bağdadda baş verib. Belə ki, xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən yaşlı dilənçinin öləndən sonra milyonçu olduğu ortaya çıxıb.
Dilənçinin ölümündən sonra onun iki bacısı evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Hadisə yerinə polis qrupları çağırılıb. Polisin evə baxışı zamanı qızılla birlikdə 400 min dollara yaxın pul da tapılıb.