Əfsanəvi Vasilis Karras vəfat etdi

 Əfsanəvi Vasilis Karras vəfat etdi

Yunan musiqisinin əfsanəvi səsi Vasilis Karras dünyasını dəyişib. Asayis.Az xəbər verir ki, bu barədə Yunanıstanın Dövlət Kanalı “ERT” məlumat yayıb.

Bildirilib ki, bənzərsiz dərin səsi ilə tanınan məşhur yunan müğənnisi Vasilis Karras 70 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan Karras 1953-cü il noyabrın 12-də Kavala yaxınlığındakı Kokinohoridə anadan olub. 

O, 10 yaşında ikən ailəsi ilə birlikdə Salonikiyə köçüb. 16 yaşında səhnə ilə tanış olan Karras 1980-ci ildə ilk albomu "Alismonites Ores"i yazdıraraq şöhrət pillələrini qalxmağa başlayıb.

12:15 - 26 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin