Ölkələr Şimali Koreyanın ballistik raket buraxmasını pislədi

 Ölkələr Şimali Koreyanın ballistik raket buraxmasını pislədi

Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya birgə bəyanatda Şimali Koreyanın dekabrın 17 və 18-də Yapon dənizinə (Şərq dənizi) doğru iki fərqli ballistik raket buraxmasını pisləyib.

Asayis.Az
 xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, ABŞ, Cənubi Koreya və Yaponiya xarici işlər nazirləri Şimali Koreyanın ballistik raket buraxılış sınaqları ilə bağlı birgə bəyanat yazıblar. 

Bəyanatda, Pxenyanın davam edən “təxribatlarının” Koreya yarımadasında regional və beynəlxalq sülh və təhlükəsizliyi təhlükəyə atdığı qeyd edilib.

ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın 17 dekabrda qitələrarası raket də daxil olmaqla ballistik hücumlarını qətiyyətlə pisləyib. 
 

10:30 - 23 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin