Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev oyunöncəsi çıxışı zamanı stadionda qarşılaşmanı izləyənlər arasında şəhid ailə üzvlərinin də olduğunu bildirib. Daha sonra Ali Baş Komandan şəhid anası ilə görüşüb.
“Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin hamımız birlikdə onları salamlayaq”, - dövlət başçısı qeyd edib.