İlham Əliyev Xocalının Dağdağan kəndində olub

 İlham Əliyev Xocalının Dağdağan kəndində olub

Prezident İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub. ABC.AZ xəbər verir ki, dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.

14:07 - 21 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin