Bunu yığışdırmaq lazımdır - Prezidentin köməkçisi

 Bunu yığışdırmaq lazımdır - Prezidentin köməkçisi

Cənab Prezidentin möhkəm iradəsi sayəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa edilib. 

Asayis.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün müşavirədə deyib. 

O qeyd edib ki, bütün dünya azad edilmiş ərazilərə Böyük Qayıdış prosesini heyranlıqla izləyir.

"Artıq o ərazilərə 4395 nəfər köçürülüb. Eyni zamanda 20 mindən çox insan azad edilmiş ərazilərdə abadlıq işlərinə cəlb edilib. Burada seçkilərə diqqət yetiriləcək”, - Zeynal Nağdəliyev bildirib.

Prezidentin köməkçisi dünyasını dəyişmiş şəxslərin seçici siyahısında qalmasından da danışıb. O deyib ki, bunu yığışdırmaq lazımdır:

“Xüsusilə də şəhidlərin adı seçici siyahısında qalmalı deyil. Bu, birinci onların ruhlarına qarşı hörmətsizlik olar. Biz çalışmalıyıq ki, bu kimi məsələləri həll edək. Eyni zamanda həmin şəxslərin adlarının çıxarılması ilə bağlı işlər aprılır”.

15:15 - 21 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin