Qəfildən qatarın qarşısına çıxdı və... - Dəmir yolunda faciə

 Qəfildən qatarın qarşısına çıxdı və... - Dəmir yolunda faciə

Dekabrın 20-də saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfildən qatarın qarşısına çıxıb. Asayis.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

"ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir. Bu il insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub. Dəmiryol xətlərində ani səhlənkarlıq həyatınızın yarıda qalmasına səbəb olur", - deyə açıqlamada qeyd olunub.

14:45 - 21 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin