Süni intellektlə narkotik istifadəsinin qarşısı alınır

 Süni intellektlə narkotik istifadəsinin qarşısı alınır

Amerika Birləşmiş Ştatları narkotik istifadəsini azaltmaq üçün süni intellektdən istifadə edir. 

ABŞ dövlət qurumları narkotiklərin ölkəyə keçirilməsinin qarşısını almaq üçün süni intellektin imkanlarından yararlanır, bu yolla qaçaqmalçılıqla ölkəyə gətirilən fentanil aşkarlanıb. Bunun üçün qlobal təchizat zənciri startapı “Altana” ilə imzalanan 9 milyon dollarlıq müqavilənin müddəti uzadılıb. 

Belə ki, “Altana” fentanil hazırlamaq üçün istifadə olunan inqridiyentləri istehsal edən şirkətləri izləmək üçün süni intellektdən istifadə edir. Şirkət həmçinin bu komponentlərin hara göndərildiyini də izləyir. Şirkət əldə etdiyi məlumatları bilik xəritəsinə inteqrasiya edir. “Altana”-nın bu şirkətləri necə izlədiyi dəqiq bilinməsə də, təchizatçılar və istehsalçılar arasındakı əlaqəni öyrənmək olur. Hesabatlara görə fentanil istehsalına görə iyul ayında 284 nəfər həbs edilib. 

12:45 - 21 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin