Əməkdar artist Gövhər Rzayeva özünə təmtəraqlı ad günü edib. Asayis.Az Axşam-a istinadla xəbər verir ki, 70 yaşı tamam olan qarmon ifaçısı bunun üçün şəhərin məşhur şadlıq evlərindən birini "bağlatdırıb". Məclisə şou-biznes nümayəndələri, incəsənət adamları dəvət olunublar. Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar artist Ədalət Şükürov, meyxanaçılar mahnılar səsləndiriblər.