Dekabrın 17-də Yeni Zaman Partiyasının birinci qurultayı keçirilib. Partiyanın konfrans zalında keçirilmiş qurultayın işində 103 nəfər iştirak edib.
Asayis.Az xəbər verir ki, qurultayda müxtəlif məsələlərə baxılıb, əsas məsələ kimi isə Partiya sədrinin siyasi məruzəsi və hesabatı, Partiya haqqında yeni qanuna uyğun olaraq Partiyanın nizamnaməsi və proqramında dəyişikliklər, Partiyanın ali orqanı olan Mərkəzi Şuranın seçilməsi və Partiyanın mərkəzi Təftiş Şurasının seçilməsi olub. Sadalanan bütün məsələlərə baxıldıqdan sonra qərar qəbul edilib. Qurultayda Partiya sədrinin seçilməsi də əsas məsələ kimi qoyulub və Musa Ağayevə 3 nəfər alternativ olsa da, sonda isə M.Ağayev yekdilliklə növbəti dəfə Yeni Zaman Partiyasının sədri seçilib.
Qurultayda 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərinə də münasibət bildirilib. Belə qərara gəlinib ki, Partiya sözügedən tarixdəki növbədənkənar Prezident seçkilərində fəal iştirak etsin.
Bu məqsədlə Partiyadan müşahidəçilər təşkil olunacaq və növbədənkənar Prezident seçkilərində seçkilər müşahidə ediləcək. Qurultay bununla da öz işini yekunlaşdırıb.