"Birbaşa milləti təhqir edirlər" - Kamran Həsəni (VİDEO)

"Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib. O, televiziyaların hazırki vəziyyətindən bəhs edib.

K.Həsəni Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun "Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır"  sözlərinə münasibət bildirib:

"Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".

O, televiziyaların indiki səviyyəsini tənqid edərək telekanallara yenidən format vermək lazım olduğunu əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl  Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov Musiqi Forumunda çıxışı zamanı TV-lər haqda fikirlərini açıqlamışdı. O, reytinq haqda danışarkən maaş məsələsinə də toxunaraq “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır. Biz başa düşməliyik ki, tamaşaçı televiziya qarşısında buna baxmaq istəyər. Göstərməsək, başqa kanala baxacaq. Azərbaycan tamaşaçısı türkcə də başa düşür. Digər tərəfdən də rus kanalları. Rəqabətdə çox uduzuruq. Bu reytinq göstəricilərini mən etmirəm, siz edirsiniz” sözlərini deyib. 

 

10:30 - 18 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin