"100 min qızıma verdim, yarım milyon manat da toyuna xərcim çıxdı"

"100 min qızıma verdim, yarım milyon manat da xeyir işlərə xərcim çıxdı”. 

Bu sözləri müğənni Nüşabə Musayeva deyib. O, yenicə ərə verdiyi qızının xeyir işi üçün xərclədiyi pulları açıqlayıb:

"22 ildir övlad böyüdürəm, niyə etməyim ki?!  Pis iş görmürəm, haram iş görmürəm. Allah yetirir, mən də  xərcləyirəm. 100 min də qızıma cehiz pulu kimi hədiyyə elədim”. 

Qeyd edək ki, Nüşabə Musayevanın qızı Elnarənin türk vətəndaşı Oğuzhan Kaya adlı bəylə bu yaxınlarda dəbdəbəli toyu baş tutub. Daha sonra cütlük Türkiyəyə köçüb. //Yenisabah.az 

15:00 - 17 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin