Sülh müqaviləsi üzrə müsbət siqnallar var - AÇIQLAMA

 Sülh müqaviləsi üzrə müsbət siqnallar var - AÇIQLAMA

Ötən həftə iki ölkə arasında çox ciddi nailiyyətlər əldə olundu. Burada əsas məqam tərəflərin nəticələr əldə etməsidir.

Asayis.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

“İki ölkə arasında atılan addımlar vasitəsiz olduğunu da diqqətə yetirmək lazımdır. Bu istiqamətdə və sülh müqaviləsində atılan addımlarda bizim əsas hədəfimiz bəllidir.

70 gündən sonra sülh müqaviləsinə daxil olan sənədlər paketini biz Ermənistan tərəfindən almışıq. Bildirim ki, bu sənədlər əvvəlkilərin birə-bir təkrarlanması deyil, bəlli müsbət istiqamətlər var. Müsbət siqnallar var, onlar üzərində işlər görülür”, - o qeyd edib.

Ceyhun Bayramov deyib ki, bu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə edilib.

15:00 - 15 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin