Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfıri Seymur Mərdəliyev “X”də yazıb.
O bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci partiyası Ukraynaya çatdırılıb.