Müğənni Lətifə Soyuöz bu dəfə geyimi ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, müğənni "Balmain" brendindən olan libasla obyektiv qarşısına keçib. Libasın qiyməti 1660 avro, yəni 3036 manatdır.
Sözügedən geyimdə bundan əvvəl dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges də fotosessiya etdirib. O, sözügedən şəkilləri Birləşmiş Ərəb Əmirliyində işıq üzü görən "Sorbet" moda jurnalı üçün çəkdirib.
Lətifə isə həmin geyimdə şəxsi brendi "By Lati" üçün fotosessiya etdirib.