“Azərbaycan və Ermənistan münasibətlərində yeni mərhələ açmaq qərarına gəliblər. İtaliya bu iki dost ölkənin münasibətlərinin hər anında onların yanında olacaq”.
Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən verilən məlumata görə, İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani Cənubi Qafqazın iki ölkəsi arasında əldə olunan razılaşmanı alqışlayıb.
“İtaliyanın səmimi məmnuniyyətlə təqdir etdiyi bir razılaşma ilə, illərdən bəri bir-birinə qarşı olan iki ölkə tezliklə tam və qəti olmasını istədiyimiz sülhə aparacağına ümid etdiyimiz bir yola gedir. Onları Avropaya daha da yaxınlaşdıracaq. Yeni mərhələ avropalılara əməkdaşlıq və dinc işbirliyi üçün sahələri genişləndirməyə imkan verəcək”.
Tajani vurğulayıb ki, imzalanmış saziş iki ölkə arasında etimadın gücləndirilməsi üçün həlledici tədbir olan məhbusların mübadiləsinə imkan verir:
“Avropa İttifaqı qarşıdakı aylarda onlar münasibətlərini həqiqi və əsl sülh sazişi ilə normallaşdırmaq üçün səylərini davam etdirərkən hələ də Azərbaycan və Ermənistanın yanında olacaq. Mən nazir həmkarlarımı Ararat Mirzoyanı və Ceyhun Bayramovu davamlı fəaliyyətlərinə görə təbrik etmək istəyirəm. Biz Birləşmiş Millətlər Təşkilatında (BMT) görüşmüşdük və onlar hiss etdilər ki, İtaliya hökuməti onların münasibətlərinin tərəqqisinə daimi dəstəkdə həmişə səmimi və maraqlı olub. Biz qətiyyətlə sülh və rifahın bəhrə verməsini istəyirik”.