"İlon Maskın gəlişini gözləyirik. Biz bunun üçün son günə qədər çalışacağıq”.
Asayis.az xəbər verir ki, bu fikirləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, İlon Maskın rəhbəri olduğu “SPACE X” şirkətinin bu konqresə marağı çoxdur. Onlar özləri də burada iştirak üçün can atırlar:
“Bizim bu məsələ ilə bağlı hələ də gözləntimiz var. Son günə qədər İlon Maskın Azərbaycana gəlməsi gözlənilir. Amma dəqiq informasiya vermək hələ ki tezdir”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov isə RİNN rəhbəri Rəşad Nəbiyevin İlon Maskla görüşünə diqqət çəkib:
“İlon Maskın proqramı çox dolu olur. Buna rəğmən, onun nazirlə görüşü və bir sıra mövzularda aparılan müzakirələrə əsasən deyə bilərəm ki, onların da bu konqresin ölkəmizdə keçirilməsinə marağı var. Son günə qədər İlon Maskın gəlmə ehtimalı var”.