İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib - VİDEO

 İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib - VİDEO

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilir.

Asayis.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev mərasimdə iştirak edirlər.

Əvvəlcə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəricilərindən və layihənin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç çıxış edərək layihə barədə məlumat verib.

Dövlət başçısı tədbirdə çıxış edib.

***

Daha sonra Bolqarıstan Prezidenti Rumen Radev və Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre çıxış ediblər.

Prezidentlər İlham Əliyev, Aleksandar Vuçiç, Rumen Radev və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə salıblar.

 



14:25 - 10 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin