Pasinyan da erkən parlament seçkilərinə gedə bilər

 Pasinyan da erkən parlament seçkilərinə gedə bilər

Azərbaycan prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın baş naziri Nikol Paşinyan də eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər.

Gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək, Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər.

Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha gücləndirəcək. Ermənistan cəmiyyəti müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu Paşinyanın işinə yarayır.


Elxan Şahinoğlu

17:00 - 10 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin