"Ötən gün Ermənistan parlamentində hökumətlə sual-cavab iclasında hökumət başçısı faktiki olaraq sualıma cavab verməkdən yayındı”.
Bunu Ermənistan parlamentinin deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı, həmişə olduğu kimi, Qarabağ məsələsini dilə gətirməkdən yayınıb.
“Faktiki olaraq o, Ermənistanın hazırkı hökumətinin Qarabağın gələcəyi ilə bağlı heç bir strategiyasının olmadığını da təsdiqləyib. Onların “strateji vəzifəsi Ermənistanın dövlətçiliyini, suverenliyini və müstəqilliyini gücləndirməkdir” və planlarında Qarabağın gələcəyi yoxdur”, - deyə Ohanyan qeyd edib.
Sabiq erməni nazir sual ünvanlayıb ki, Paşinyan niyə Qarabağa gedib “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını verirdi?
“O, cəmi bir neçə ay sonra Qarabağda yaşayan insanların adından qərar qəbul edəcəyi, 10 noyabr sənədinə imza ataraq, Qarabağı təhvil verəcəyi halda niyə Şuşada rəqs edirdi?”, - deyə Ohanyan əlavə edib. (ordu.az)