Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb - FOTO

 Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb - FOTO

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə bəyanatını alqışlayıb.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, - o qeyd edib.

 

17:30 - 8 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin