Nyu-Yorkun simvollarından biri olan Kraysler binasının sahibi “Signa” holdinqi müflis olub.
Asayis.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Avropanın aparıcı daşınmaz əmlak və pərakəndə holdinqlərindən biri olan “Signa” iflas edib.
“Signa”nın borcları 2022-ci ilin sonunda 2 milyard avrodan 2023-cü ilin sentyabrına qədər 5 milyard avroya yüksəlib.
Moody's tərəfindən dərc edilən hesabatda bu gedişatın Avstriya, Almaniya və İsveçrədəki bəzi bankların etibarına təsir edəcəyi qeyd edilib.