Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsinə qərar verib.
Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası prezident seçkilərinin tarixini müəyyən etmək üçün toplanıb.
İclasın nəticəsi olaraq şura seçkinin 2024-cü il martın 17-də keçirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.