Qərb Ermənistana saxta hərbi texnikaları sırıyır - Rusiya XİN

 Qərb Ermənistana saxta hərbi texnikaları sırıyır - Rusiya XİN

"Qərb aldatmağı bacarır. İstəməzdik ki, erməni xalqını qərbli dostları yenə aldatsınlar”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana “Bastion” zirehli texnikası tədarük etməsinə münasibət bildirərkən deyib.

Zaxarova artıq bu haqda danışdıqlarını xatırladıb və əlavə edib ki, Fransanın Ermənistana verdiyi “Bastion”lar qeyri-likvid hərbi texnikadır:

“Bu məlumdur. Xüsusi hərbi əməliyyat kontekstində bu məlum olub. Mən bunu 22 noyabr tarixli brifinqimdə demişdim. Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV-lər bu məlumatı təhrif etməsəydilər, anti-jurnalistika fəaliyyəti ilə məşğul olmasaydılar, öz ölkələrinin xalqına sitatlarla və birbaşa nitqlə tanış olmağa imkan versəydilər, yəqin ki, Qərb ölkələri tərəfindən erməni xalqına saxta texnikaların sırındığı anlaşılardı. Nəyə görə saxta? Ona görə ki, müxtəlif ölkələrin istehsalı olan bu qarmaqarışıq hərbi texnika heç vaxt müdafiə qabiliyyətini artırmağa kömək etməyib”.

15:45 - 7 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin