Azərbaycanda enerji balansı hazırlanacaq - FƏRMAN

 Azərbaycanda enerji balansı hazırlanacaq - FƏRMAN

Azərbaycanda enerji balansı hazırlanacaq. ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Energetika haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

17:30 - 5 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin