"Bəlkə qızımın əynində açıq geyim görmüsünüz?

Müğənni Şəbnəm Tovuzlunun atası Ələddin Əsədli qızının geyimlərindən danışıb.

Axşam.az xəbər verir ki, "İncə səhər" verilişinə danışan Ə.Əsədli ifaçının geyimlərinə qarışdığını deyib:

"Əlinə mikrofon alanda Şəbnəmə dedim ki, səni hansısa studiyada açıq-saçıq geyimdə görsəm, bu evin qapısı sənə açılmayacaq.Bəlkə görmüsünüz? Bu dəqiqə də nəzarətim onun üstündədir. Çox da ailəsi var, mən nəzarət edirəm. Bir gün qonşu ilə televizora baxırdım. Gördüm ətək yavaş-yavaş yuxarı qalxır. Qonşuya dedim ki, ona zəng et, denən, atan deyir, ətək xoşuma gəldi, əynindən çıxarmasın. Onunlada qazanın qapağı bağlandı".

Qeyd edək ki, Ş.Tovuzlunun doğma anası uşaq vaxtı dünyasını dəyişib. Sənətçini xalası və onun həyat yoldaşı saxlayıb. 

14:30 - 2 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin