"Tez-tez borca düşürəm. Özüm-özümü borca salmağı, əziyyət verməyi sevirəm. Bu günüm üçün yox, özümün və övladlarımın sabahı üçün yaşayan insanam. Bunun üçün isə çox çalışmaq və işləmək istəyirəm. İstəyirəm ki, övladlarımın gələcəyini yaxşı qurum. Əziyyət görməsinlər, tez bir zamanda işləməsinlər, təhsillərini lazımi qədər alsınlar. Bilirəm ki, buna görə çox işləməliyəm ki, uşaqlarım əziyyət çəkməsin”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva qonaq olduğu, “İç üzü” yutub layihəsində deyib.
İfaçı tez-tez banka müraciət edərək kredit götürdüyünü açıqlayıb:
“İnsan sabahını qurmaq üçün əlində yaxşı maddi imkanı olmalıdır. Buna görə də tez-tez banklara girirəm. Kredit götürüb, sonra bağlayıram. Dinc dayanmıram. Bir dənə bu işi də görüm”.
Qeyd edək ki, S.Sanaliyevanın iki dəfə ailəli olub və ayrılıb. Onun iki övladı var.