Prezident Azərbaycan-Rusiya sərhədi ilə bağlı fərman imzaladı

 Prezident Azərbaycan-Rusiya sərhədi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”i təsdiq edib. ABC.AZ-ın məlumatına görə, bununla bağlı dövlət başçısı Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərməlidir.

18:00 - 30 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin