Bu ölkənin əhalisi getdikcə azalır

 Bu ölkənin əhalisi getdikcə azalır

Bolqarıstanda son hesabatlara əsasən əhalinin qocaldığı və azaldığı ortaya çıxıb.

Asayis.Az xəbər verir ki, bu barədə Milli Sosial Təminat Qurumu (NOI) və Milli Statistika İnstitutu (NSI) məlumat yayıb.

Məlumatda, son siyahıyaalma aparılan 2021-ci ildə əhalinin 6 milyon 520 min nəfər olduğu diqqətə çatdırılıb. 

Yaşlıların sayının bu il 12 min 300 nəfər artaraq 2024-cü ildə 2 milyon 39 minə çatacağı bildirilib.

COVID-19 faktorunun təsirinə də toxunulan açıqlamada əhalinin 2022-ci ilin sonuna kimi 6 milyon 447 min nəfərə qədər azaldığı xatırladılıb.
 

14:00 - 30 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin