Fələstin əsilli model İsraillə bağlı fikirlərinə görə üzr istədi

 Fələstin əsilli model İsraillə bağlı fikirlərinə görə üzr istədi

Fələstin əsilli amerikalı model Gigi Hadid bir neçə gün öncə İsraili fələstinli uşaqlara qarşı cinayətlər törətməkdə ittiham etmişdi. Model sözügedən ifadələrinə görə üzr istəyib.

Asayis.Az 
xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. 

Asayis.Az xatırladır ki, model özünün İnstaqram səhifəsində İsrail dövlətini adam oğurluğu, işgəncə, zorlama və s. Fələstinli uşaqlara qarşı vəhşilikdə ittiham etmişdi. 

Gigi Hadid bildirmişdi ki, İsrail uşaqları hərbi əsir kimi saxlayan yeganə ölkədir.

Ancaq Gigi Hadid bu paylaşımını gözlənilmədən silərək, yeni açıqlama verib:

"Mən İsrail hakimiyyətinin beynəlxalq hüququ necə pozduğuna diqqət çəkmək istədim. Bu halda mən vurğulamağa çalışırdım ki, fələstinli uşaqlar çox vaxt oxşar cinayətlərdə ittiham olunan israilli uşaqlarla eyni hüquqlara malik deyillər. Təəssüf ki, bu fikri söyləmək üçün pis bir nümunədən istifadə etdim və buna görə təəssüflənirəm".

Xatırladaq ki, oktyabrın 27-də Gigi Hadidin bacısı Bella Hadid də HƏMAS-ın Qəzza zolağı ilə həmsərhəd olan İsrail ərazilərinə hücumlarından danışıb. 

O, Qəzza zolağında baş verənlərlə bağlı narahatlığından bildirib və dinc sakinlərə qarşı terror aktlarını pisləyib.
 

17:45 - 29 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin