Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlıqla bağlı RAZILIQ - FOTO

 Ermənistan və Böyük Britaniya arasında hərbi əməkdaşlıqla bağlı RAZILIQ - FOTO

ondonda Böyük Britaniya və Ermənistan nümayəndələri 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq planını imzalayıblar. 

Asayis.Az
 xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Məlumata görə, əməkdaşlıq planı sənədini Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Devid Morqan imzalayıblar. 

Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmisi erməni həmkarı ilə Cənubi Qafqazdakı son vəziyyəti də müzakirə edib və regionda əlaqələri gücləndirmək barədə razılığa gəliblər. 

Levon Ayvazyan isə həmkarlarına ölkədəki təhlükəsizlik vəziyyəti, Azərbaycanla sülhün və regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar, orduda aparılan islahatlar barədə məlumat verib.

Qeyd edək ki, nümayəndə heyətinin növbəti - yeddinci iclası İrəvanda keçiriləcək.

17:30 - 29 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin